Bakı-Xırdalan qatarının hərəkəti bərpa edildi - YENİLƏNİB

 20:57 30.10.2026     345

Bu gün saat 19:00 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.

Redaktor.az-a  Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.

Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.

***

Bu gün saat 19:00 radələrində Bakı-Xırdalan marşrutu üzrə hərəkət edən qatar Dərnəgül stansiyasında dayanıb.

Redaktor.az-a daxil olan məlumata görə, qatar bir müddət stansiyada gözləsə də, hərəkətini davam etdirə bilməyib.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev Redaktor.az-a bildirdi ki, bu gün saat 19 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb:

"Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə tədbirlər görülür".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən