Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin - DİQQƏT!
Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır.
Redaktor.az xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmək vacibdir.
Müasir texnologiyalar sosial şəbəkələrdə hesab yaradaraq istənilən videonu yükləməyə, görüntüləri montaj etməyə və səsi dəyişdirməyə imkan verir. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək, söyləmədiyi fikirləri onun adından səsləndirmək də mümkündür. Buna görə videoda dövlət başçısının görüntüsünün olması həmin materialın həqiqiliyini və onu paylaşan hesabın rəsmi olduğunu təsdiqləmir.
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını təqdim edirik:
- X (Twitter): "twitter.com/azpresident" (//twitter.com/azpresident)
- Instagram: "instagram.com/presidentaz" (//www.instagram.com/presidentaz/)
- Facebook: "facebook.com/PresidentIlhamAliyev" (//www.facebook.com/PresidentIlhamAliyev)
- Youtube: "//www.youtube.com/@presidentaz"
Bu hesabların hamısına keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" (//president.az/) saytında yerləşdirilib.
Prezidentin adından istifadə edən, onun foto və videolarını paylaşan hər bir səhifə rəsmi hesab deyil. Səhifənin adı və izləyici sayı da məlumatın etibarlılığını təsdiqləmir.
Oxucuları Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumatları president.azsaytından və orada keçidləri göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq.
Digər hesablarda yayılan materialları paylaşmazdan əvvəl onların doğruluğunu rəsmi mənbələrlə yoxlamaq vacibdir.
Qeyd edək ki, dövlətimizin başçısının rəsmi “TikTok” hesabı yoxdur.













