Milli Məclis Zəfər Günü münasibətilə Prezident və xanımına təbrik məktubu ÜNVANLADI
Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya parlament adından təbrik məktubunun ünvanlanması qərara alınıb.
Redaktor.az xəbər verir ki, təbrik məktubunun göndərilməsi təklifi ilə parlamentin spikeri Sahibə Qafarova çıxış edib.
Milli Məclis sədrinin bu təşəbbüsü iclasda iştirak edən parlamentarilər tərəfindən böyük ruh yüksəkliyi və alqışlarla qarşılanıb.
NURİYYƏ













