Milli Məclis yeni ombudsman seçir

 12:05 03.11.2026     82

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, parlamentin müzakirəsinə Prezident İlham Əliyev tərəfindən ombudsman vəzifəsi üçün Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi təqdim edilib.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Qanunvericiliyə görə, müvəkkilin səlahiyyət müddətinin bitməsinə 30 gün qalmış ölkə başçısı parlamentə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir, Milli Məclis isə 15 gün müddətində seçkilərlə bağlı müvafiq qərar qəbul edir. Qanunda, həmçinin eyni şəxsin müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməyəcəyi hüquqi norma kimi təsbit olunub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən