Səbinə Əliyeva yenidən ombudsman SEÇİLDİ

 12:14 03.11.2026     98

Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" məsələ müzakirəyə çıxarılaraq səsverməyə qoyulub.

Redaktor.az xəbər verir ki, müzakirələrin və səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva səs çoxluğu ilə növbəti müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən parlamentə təqdim olunan sənəddə bu vəzifəyə üç şəxsin – Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədliyi irəli sürülmüşdü.

Səbinə Əliyeva bundan əvvəl 29 noyabr 2019-cu ildə də dövlət başçısının təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən Azərbaycanın Ombudsmanı seçilmişdi.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən