İlham Əliyevin sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE

 16:25 03.11.2026     419

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Redaktor.az Səbuhi Sadıqovun dosyesini təqdim edir:

1984-cü ildə anadan olan Səbuhi Sadıqov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. O, 2014-cü ildə ABŞ-nin Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayan S.Sadıqov 2007–2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş menecer vəzifəsinədək yüksəlib. 2018–2021-ci illərdə “PMD” şirkətlər qrupunda Audit departamentinin direktoru, həmçinin bir sıra şirkətlərin Audit komitələrinin üzvü və sədri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Səbuhi Sadıqov Prezidentin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Ailəlidir, 2 övladı var.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən