Yeni icra başçısı birinci müavinini işdən çıxardı - FOTO
Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev vəzifəsindən azad edilib.
Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, o, yeni icra başçısı Hacıbaba Babayevin müvafiq əmri ilə işdən çıxarılıb.
Qeyd edək ki, Natiq Nağıyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.














