100 manatlıq uşaq pulu bütün analara verilməyəcək - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin isə 100 manata çatdırılması nəzərdə tuulur.
Bəs 100 manat müavinət konkret hansı analara və ya valideynlərə veriləcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, hazırda qüvvədə olan qaydalara əsasən, 3 yaşınadək uşağa qulluğa görə müavinət işləyən və uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətə çıxan analara, uşağa bilavasitə qulluq edən və həmin məzuniyyəti rəsmiləşdirən atalara, qanunvericiliyə uyğun olaraq uşağa qulluq edən digər ailə üzvlərinə şamil olunur:
.jpg)
"Əsas şərt qismən ödənişli sosial məzuniyyətin rəsmiləşdirilməsidir. Sadəcə 3 yaşınadək uşağın olması kifayət etmir. Rəsmi iş yeri olmayan və müvafiq sosial məzuniyyəti rəsmiləşdirməyən analar bu müavinəti almaq hüququna avtomatik olaraq malik deyillər.
Təəssüf ki, əldə etdiyimiz məlumata əsasən, 100 manatlıq müavinət işləməyən, evdar analara şamil edilmir. Səbəb budur ki, müzakirə olunan artım 3 yaşınadək uşağı olan bütün analar üçün nəzərdə tutulmuş yeni sosial yardım deyil, mövcud müavinətin məbləğinin artırılmasıdır.
Bu artım rəsmi iş yeri olan, sosial sığorta olunan və uşağa qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyət rəsmiləşdirən valideynlərə şamil olunacaq".
NURİYYƏ













