“AzParking” adından vətəndaşlara saxta mesajlar göndərilir – XƏBƏRDARLIQ
Son günlər vətəndaşlara xarici nömrələrdən “AzParking” adından ödənilməmiş parklanma haqqı ilə bağlı saxta SMS-lər göndərilir.
Redaktor.az xəbər verir ki, bu barədə "AzParking"dən istifadəçilərə xəbərdarlıq edilib.
Bildirilib ki, kiberdələduzlar saxta bildirişlər vasitəsilə vətəndaşları parklanma borcunun olduğu barədə məlumatlandırır və onları şübhəli keçidlərə yönləndirməyə çalışırlar.
Vətəndaşlardan naməlum nömrələrdən göndərilən parklanma borcu ilə bağlı mesajlara etibar etməmək və həmin mesajlardakı linklərə daxil olmamaq xahiş olunur.
Qeyd edilib ki, 1181 qısa nömrəsindən daxil olan bildirişlər istisna olmaqla, parklanma ilə bağlı digər nömrələrdən göndərilən mesajlar etibarsızdır.














