Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək - Dəfnin vaxtı və yeri - YENİLƏNİB

 18:25 15.11.2026     445

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək".

Redaktor.az xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev bu gün vəfat edib.

Bu barədə Redaktor.az mərhumun qonşularına istinadla xəbər verir.

Ehtiram Əliyev bir neçə gün öncə səhhətində yaranan problemlə əlaqədar Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Ehtiram Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən