Prezidentdən "Yüksəliş" müsabiqəsi ilə bağlı SƏRƏNCAM - 1 milyon manat AYRILDI

 13:33 16.11.2026     128

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

3. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vumart və Güvən reklamı Vumart Güvən