"Güclü ordu ilə yanaşı, güclü ideoloji sistem də lazımdır" – Deputat

 15:27 16.11.2026     63

"Milli təhlükəsizlik hər zaman aktualdır və belə də olacaq. Xüsusilə bu gün dünyada baş verən proseslər, yeni yaranan təhdidlər və çağırışlar fonunda təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrini qeyd etmək lazımdır. Bu sahədə 2,8 milyard manatlıq kəsirin yaranmasını da müəyyən mənada cənab Prezidentin uğurlu və səmərəli siyasətinin nəticəsi kimi qiymətləndirmək olar".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu bildirdi.

Onun sözlərinə görə, Prezidentin həyata keçirdiyi siyasətin iki əsas istiqaməti olub:

"Bunlardan biri güclü hərbi potensialın yaradılması, hərbi sənayenin inkişafı və müdafiə sənayesinin dəstəklənməsidir. Digər istiqamət isə güclü ideoloji sistemin və müvafiq strukturların formalaşdırılmasıdır. Mənə elə gəlir ki, hazırda ideoloji sahədə müəyyən boşluqların aradan qaldırılması istiqamətində yeni təşəbbüslərə ehtiyac var. Əslində, cənab Prezidentin ideoloji sahədə apardığı siyasət xalqın üçrəngli bayrağımız altında birləşməsinə, milli birliyə və güclü dövlətçilik düşüncəsinə əsaslanır. Bununla yanaşı, təhsil və elm sahəsində də müəyyən maliyyə ehtiyacları mövcuddur. Bu sahələr üzrə ayrılan vəsaitlərlə bağlı rəqəmlərin və ehtiyacların ayrıca qiymətləndirilməsinə ehtiyac var.

Ona görə də ideoloji və təhsil istiqamətləri ilə yanaşı, ənənəvi istehsal sahələrinin qorunmasına da diqqət yetirilməlidir. İcazənizlə, bu məsələyə bir qədər geniş toxunmaq istərdim. Bəzi sahələrdə mövcud nöqsanların aradan qaldırılması və dəstəyin daha səmərəli istiqamətlərə yönəldilməsi vacibdir. Mədəniyyət sahəsində emosional yanaşmalar ola bilər, təhsil isə daha sistemli və çoxşaxəli sahədir. Buna görə də hazırkı şəraitdə mədəniyyət sahəsinə xüsusi diqqət yetirilməlidir. Son dövrlərdə mədəniyyət sahəsində müəyyən inkişaf və dəyişikliklər müşahidə olunur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən