"İlk dəfədir ki, şəhərlərarası reyslərimiz öz xərclərini qarşılayır"

 15:30 16.11.2026     93

"İlk dəfədir ki, şəhərlərarası reyslərimiz öz xərclərini qarşılayır, əldə etdikləri gəlirlər hesabına fəaliyyətlərini davam etdirirlər. Təkcə bu iki fakt onu deməyə əsas verir ki, ölkədə aparılan iqtisadi islahatlar özünü doğruldur və qeyri-neft sektorunun inkişaf perspektivləri ilə bağlı verilən müsbət proqnozlar kifayət qədər əsaslıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev bildirdi.

O vurğuladı ki, digər mühüm məsələ əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır:

"Xüsusilə gəlir səviyyəsi aşağı olan ailələr, qazilər və şəhid ailələri üçün mənzillərin alınmasına, eləcə də dövlət büdcəsində nəzərdə tutulan geniş sosial paketin icrasına lazımi həcmdə vəsait ayrılacaq. Eyni dərəcədə əhəmiyyətli məsələlərdən biri də müdafiə qabiliyyətimizin artırılması və xalqımızın təhlükəsizliyinin təmin edilməsidir. Bu gün Ermənistanla əldə olunmuş sülhün hələ də qüvvədə olması, cənub və şimal sərhədlərimizdə təhlükəli münaqişələrin davam etməsi, ölkəmizə qarşı təhdidlərin və ictimai-siyasi sabitliyə yönəlmiş cəhdlərin mövcudluğu bu sahənin büdcənin prioritet istiqamətləri sırasında saxlanılmasını zəruri edir.

Gələn il büdcə xərclərində üç mühüm istiqamətə ayrılan vəsaitin artırılmasını da ayrıca qeyd etmək lazımdır. Bunlar rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, təhsil sahəsində aparılan köklü islahatların və yeni təhsil modelinə keçidin dəstəklənməsi, həmçinin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Bu istiqamətlərə ayrılan vəsaitin artırılmasını təqdirəlayiq hesab edirik. Çünki bu sahələr ölkəmiz üçün ən mühüm prioritetlər sırasında olmaqda davam edəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən