Tibb işçilərinin maaşı artırılmalıdır - Komitə sədri

 15:50 16.11.2026     40

"Ölkədə səhiyyənin fəaliyyətindən insanlar narazıdırlar. Xüsusilə regionlarda ilkin tibbi yardımın fəaliyyəti demək olar ki, çox zəifdir".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi.

Deputat təklif etdi ki, regionlarda işləyən tibb işçilərinin maaşı artmalıdır:

"İşçilərin maaşının artması regionlara işçi qüvvəsinin cəlb olunmasına kömək edəcək. Həmçinin xərçəng xəstəliklərinin ölümə səbəb olan əsas amillərdən biri olduğunu nəzərə alaraq, onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta çərçivəsinə daxil edilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən