"Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir" – Deputatdan TƏKLİF

 16:36 16.11.2026     34

"Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə ödənilməsi və özəl klinikaların imkanlarından daha geniş istifadə edilməsi vacibdir".

Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, maddi imkanı olmadığı üçün xaricdə müalicə ala bilməyən çoxsaylı xəstələrin vəziyyəti nəzərə alınmalı, onların zəruri tibbi xidmətlərdən yararlanmasına şərait yaradılmalıdır:

"Dövlət və özəl xəstəxanalar arasında tibbi xidmətlərin əlçatanlığı ilə bağlı fərqlər mövcuddur. Dövlət xəstəxanalarında MRT və KT müayinələri üçün uzun növbələr yarandığı halda, özəl klinikalarda bu müayinələrə tələbatın daha aşağı olması diqqət çəkir. Özəl tibb müəssisələrinin imkanlarından istifadə edilməklə, müayinələrin və müalicələrin xərcinin müəyyən hissəsi dövlət tərəfindən qarşılansın. Özəl xəstəxanalara alternativ və ya kənar mexanizm kimi yanaşılmasına son qoyulmalı, onların səhiyyə sisteminə inteqrasiyası genişləndirilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən