"Hansısa məhkəmənin aparat rəhbəri məhkəmə sədrindən daha yüksək maaş alır"

 16:51 16.11.2026     64

"Bu günləri hakimlərin əməkhaqqı məsələsinin təcili olaraq həll olunması vacibdir. Biz dövlət qulluqçularının əməkhaqqını artırmışıq və bu, doğru alınan qərardır. Amma hansısa məhkəmənin aparat rəhbəri məhkəmə sədrindən daha yüksək maaş alır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

"Amma biz istəyiriksə məhkəmə daha ədalətli və şəffaf fəaliyyət göstərsin, qərarlar çıxarsın, onların əməkhaqqı məsələsinə olduqca həssas yanaşmağa borcluyuq", - deyə deputat bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən