"Universitetlərin çoxluğu bu ərazidə həddindən artıq sıxlıq yaradır" - Deputat
"Elmlər Akademiyası ətrafında yerləşən universitetlərin çoxluğu bu ərazidə həddindən artıq sıxlıq yaradır. Bu baxımdan avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlərin görülməsinə ehtiyac var".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Göydəniz Qəhrəmanov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.
O həmçinin vurğuladı ki, turizm sahəsində ali təhsil müddətinin optimallaşdırılmasıdır:
"Ölkəmizdə turizm sektoru sürətlə genişlənir və turistlərin sayının ildən-ilə artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Təklif edirəm ki, turizm ixtisasları üzrə ali təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan yaradar".
NURİYYƏ













