"Təhsil tələbə kreditinə müraciət edən şəxslərin hər birinə tələbə krediti verilsin" - Deputatdan TƏKLİF
"Təhsil tələbə kreditinə müraciət edən şəxslər həqiqətən ehtiyacı olduğu üçün müraciət edir, təklif edirəm ki, müraciət edən şəxslərin hər birinə tələbə krediti verilsin".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Anar İsgəndərov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı dedi.
O nəzərə çatdırdı ki, 2027-ci ildə təhsil tələbə kreditlərinin verilməsi üçün 35 milyon manat vəsait ayrılması nəzərdə tutulub:
"Aztəminatlı tələbələrin bu kreditlərdən yararlanması vacibdir. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 min 600-dən çox gəncin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə cəlb olunması üçün 20,9 milyon manat ayrılacaq. Bu vəsait yol və əmlakın daşınması, kommunal xidmətlər, eləcə də yaşayış yerinin kirayə haqqı üzrə kompensasiyaların ödənilməsinə yönəldiləcək. Gənc mütəxəssislərin kənd məktəblərində işləməyə həvəsləndirilməsi üçün yalnız təbliğat kifayət deyil, əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər də tətbiq olunmalıdır.
2026-2027-ci tədris ilindən fəaliyyətə başlayan və mühəndislik,tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı “Türkiyə-Azərbaycan biri Universiteti”nin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6 milyon manat vəsait ayrılmışdır. Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2027-ci ilin dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 257 milyon 900 min manat vəsait nəzərdə tutulur".
NURİYYƏ













