"Bərdədə ictimai nəqliyyat xidməti pis vəziyyətdədir" - Deputat

 12:42 17.11.2026     39

"Təmsil etdiyim Bərdə rayonunda 200 minə yaxın əhaliyə xidmət göstərə biləcək müasir xəstəxana kompleksinin inşasına ehtiyac var".

Redaktor.az xəbər verir ki, bunu deputat Fatma Yıldırım Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionlarda infrastrukturun yenilənməsi və əhalinin sosial rifahının yüksəldilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasında yer almalıdır:

"Müasir tibbi avadanlıqlarla təchiz ediləcək və geniş müalicə imkanlarına malik tibb müəssisəsinin inşası sakinlərin keyfiyyətli səhiyyə xidməti almaq üçün paytaxta və digər böyük şəhərlərə üz tutmaq məcburiyyətini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin Bərdədə ictimai nəqliyyat xidməti pis vəziyyətdədir. Sərnişindaşımada istifadə olunan avtobusların bir qisminin istismar müddətini başa vurub və müasir texniki tələblərə cavab vermir. Regionda ictimai nəqliyyat parkının yenilənməsinə və müasir avtobusların xəttə buraxılmasına ehtiyac var".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən