Bu şəxslərin iş və istirahət vaxtı DƏYİŞDİ - FƏRMAN

 15:52 17.11.2026     109

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

“Aviasiya haqqında” qanuna dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddədir.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:

- istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;

- istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;

- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;

- istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:

- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;

- istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;

- istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.

Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər edilib.

Vumart və Güvən reklamı Vumart Güvən