"İşsizlikdən Sığorta Fondu yalnız pul verməməlidir" - Zahid Orucdan mühüm TƏKLİF

 16:36 17.11.2026     36

“İşsizlikdən Sığorta Fondunun fəaliyyəti yalnız işsiz şəxslərə sığorta ödənişlərinin verilməsi ilə məhdudlaşmamalı, iş yerlərinin qorunmasına və yeni məşğulluq imkanlarının yaradılmasına da xidmət etməlidir”.

Redaktor.az xəbər verir ki, bu təkliflə komitə sədri Zahid Oruc Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı bildirdi.

Zahid Oruc bildirib ki, Baltik ölkələrinin təcrübəsində həmin ölkələrdə işsizlikdən sığorta fondları iş yerlərinin saxlanılmasına da maliyyə dəstəyi verir:

“Estoniyada pandemiya dövründə İşsizlikdən Sığorta Fondunun müdaxiləsi nəticəsində 65 min iş yerinin qorunub saxlanılıb. İşsiz şəxsləri işə qəbul edən sahibkarlara əməkhaqqının müəyyən hissəsinin subsidiya şəklində ödənilməsi Azərbaycanda da məşğulluğun artırılmasına kömək edə bilər”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən