Deputat hökumətdən hesabat istəyir: Sahibkarlara verilən güzəştlər nə qazandırıb?

 11:22 18.11.2026     27

"Kənd təsərrüfatına, sənaye parklarına, texnologiya və digər sahələrə tətbiq olunan vergi güzəştləri iqtisadi inkişafı təşviq edir. Təklif edirik ki, gələcəkdə büdcə zərfinə vergi güzəştlərinin iqtisadi səmərəliliyinə dair ayrıca sənəd də daxil edilsin".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc bildirdi.

O əlavə etdi ki, son 10 ildə dövlətin vergi güzəştləri şəklində sahibkarların sərəncamında saxladığı vəsait hesabına nə qədər əlavə dəyərin yaradıldığı, neçə daimi iş yerinin açıldığı və digər göstəricilər parlamentə təqdim olunan hesabatda öz əksini tapsın:

"Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində, xüsusilə xarici təsirlərdən asılılığın azaldılması böyük əhəmiyyət daşıyır. Dərman preparatları, tibbi avadanlıqlar və kənd təsərrüfatı texnikası da daxil olmaqla, bir sıra sahələrdə vergi güzəştləri tətbiq edilib. Əlavə dəyər vergisinin standart dərəcəsinin 18 faiz olduğunu nəzərə alaraq, istehsal üçün zəruri olan avadanlıq və xammalın idxalı zamanı vergi ödənişlərinin təxirə salınması imkanlarının genişləndirilməsini təklif edirik".

NURİYYƏ

 

Vumart və Güvən reklamı Vumart Güvən