Prezidentdən deputatla bağlı SƏRƏNCAM
Asif Yunis oğlu Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Qeyd edək ki, Asif Yunis oğlu Əsgərov Milli Məclisin deputatıdır.














