"Bu layihə məşğulluğun təmin olunmasına töhfə verəcək" - Aydın Hüseynov

 12:00 24.11.2026     54

"Bu layihə Azərbaycanın iqtisadiyyatının inkişafına və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edərkən bildirdi.

O, layihənin həyata keçirildiyi Qaradağ rayonunun Səngəçal qəsəbəsində tikinti işlərinin məşğulluğa təsirinə diqqət çəkdi.

"Tikinti prosesində 1500-2000 nəfərə qədər insan işə cəlb olunur. Sonrakı mərhələlərdə, qaz emalı zavodunun inşası başa çatdıqdan sonra məşğulluğun daha da artacağını, rayonda yeni iş yerlərinin yaranacağını hesab edirəm.

Onu da qeyd edək ki, yerli icma ilə görüşlər keçirilir. Mən də yerli icma nümayəndələri ilə görüşlərdə iştirak etmişəm. Həmin görüşlərdə kənd sovetində müəyyən sosial problemlərin həllində iştirak edəcəklərini öhdəlik kimi götürüblər. Hesab edirəm ki, bu sahədə də real işlər görüləcək.

Bir məsələni də qeyd edim ki, kəmər çəkildikdən sonra onun balıqçıların fəaliyyətinə müəyyən təsirləri ola bilər. Hesab edirəm ki, layihənin icazə verilmiş qaydada həyata keçirilməsi ilə yanaşı, sonrakı mərhələlərdə balıqçılar üçün də müvafiq şərait yaradılacaq", - deyə deputat fikirlərini yekunlaşdırdı.

NURİYYƏ

 

Vumart və Güvən reklamı Vumart Güvən