Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur

 13:37 24.11.2026     73

"İxtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlərin görülməsi nəzərdə tutulur. Məlum olduğu kimi, hazırda qüvvədə olan qanunla məhkəmə ekspertinə münasibətdə ali təhsil və xüsusi biliklərə malik olmaq tələbi müəyyən edilsə də, şəxsin ali təhsil ixtisasının fəaliyyət göstərəcəyi məhkəmə eksperti ixtisasına uyğunluğu məsələsi tənzimlənməyib".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Nizami Səfərov məhkəmə ekspertizası sahəsi ilə bağlı qanun layihəsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, qanun layihəsinə əsasən, məhkəmə eksperti statusunda fəaliyyət göstərəcək şəxsin xüsusi bilikləri müvafiq məhkəmə eksperti ixtisasına uyğun olmalıdır:

"Həmçinin, hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisaslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı əsasında müəyyənləşdirilməsi təklif olunur. Bundan əlavə, qanun layihəsinə uyğun olaraq, qüvvədə olan qanunun 11-ci maddəsində terminoloji dəqiqləşdirmə aparılaraq, “məhkəmə ekspertizası ixtisası” ifadəsinin əvəzinə “məhkəmə eksperti ixtisası” termininin daxil edilməsi nəzərdə tutulur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən