Torpaq sahələrinin qeydiyyatı ilə bağlı yeni sənəd tələb olunacaq
Azərbaycanda torpaq sahələrinin dövlət qeydiyyatı zamanı tələb olunan sənədlərin siyahısına yeni sənədin əlavə edilməsi təklif olunur.
Redaktor.az xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi hallarda torpaq sahələrinin dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü sənədi tələb olunacaq.
Dəyişikliklə Mülki Məcəllənin 139-1.1-ci maddəsinə yeni 139-1.1.15-ci bəndin, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə 8.0.14-cü bəndin əlavə edilməsi təklif olunur.
Beləliklə, müəyyən hallarda torpaq sahələrinin qeydiyyatı zamanı plan və ölçü sənədi təqdim edilməli olan sənədlər sırasına daxil ediləcək.
Təklif olunan dəyişiklik torpaq sahələrinin dövlət qeydiyyatı prosesində sənədləşmə tələblərinin dəqiqləşdirilməsinə yönəlib.













