Prezidentdən Baş nazirlə bağlı SƏRƏNCAM

 12:08 28.11.2026     121

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Baş nazir Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.

Vumart və Güvən reklamı Vumart Güvən