50 nəfərin ölümünə səbəb oldu Gənc terrorçu hakim qarşısında
Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərə təşkil olunmuş terror hücumları ilə bağlı məhkəmə prosesi davam edir.
Redaktor.az Anadolu agentliyinə istinadən məlumat verir ki, qanlı hadisəni törədən 28 yaşlı Brenton Tarrant məhkəmə prosesinə həbsdə olduğu təcridxanadan video bağlantı vasitəsilə qatılıb. Hakim ona qarşı ümumilikdə 89 ittiham irəli sürüb.
Terrorçunun iyunun 14-də keçiriləcək növbəti məhkəmə prosesinə qədər Okləndə həbsxanasında saxlanılmasına qərar verilib.
Qeyd edək ki, terror hücumları zamanı 50 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.
Anar Türkeş / Redaktor.az












