“ABŞ-la Çin ticarət sazişi imzalamağa çox yaxındır” Tramp
“ABŞ-la Çin ticarət sazişi imzalamağa çox yaxındır”.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, prezident Donald Tramp “Ağ ev”də jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O bildirib ki, tərəflər bir çox məsələdə razılaşma əldə edib.
“Hələ ki, bəzi məsələlərdə fikir ayrılıqları var. Lakin nəticə əldə edəcəyimiz gün uzaqda deyil. Mükəmməl bir saziş imzalamağımıza həftələr qalıb”.
“Ağ ev” rəhbəri Pekinlə yekun razılaşma əldə olunandan sonra Çin sədri Si Cinpinlə birgə sammit keçirmək niyyətində olduğunu dilə gətirib.
Qeyd edək ki, ABŞ Çinə qarşı texnologiyanın sirrlərini ələ keçirmək, öz mənafeyinə uyğun ticarət qaydaları tətbiq etmək və digər ittihamlar irəli sürərək, əlavə vergilər tətbiq edib. Pekin də Vaşinqtonun addımına oxşar cavab verib. Tərəflər gərginliyin aradan qaldırılması üçün bu günə qədər 9 dəfə toplantı keçirib.
Anar Türkeş / Redaktor.az












