Braziliyada banka hücum edilib 11 ölü

 15:40 05.04.2019     736

Braziliyanın San-Paulu şəhərində 25 nəfərdən ibarət silahlı qrup banka hücum edib.

Redaktor.az “TRThaber”ə istinadən məlumat verir ki, polis hücumun qarşısını ala bilib. Tərəflər arasında baş verən silahlı toqquşma zamanı 11 şübhəli həlak olub, 3 nəfər yaralanıb.

Digər silahlılar isə aradan çıxa bilib. Hadisədən sonra əraziyə baxış keçirən polis çox sayda tapanca və partlayıcı qurğu  aşkar edib.

Anar Türkeş / Redaktor.az

 

 

Vumart və Güvən reklamı Vumart Güvən