İsrailli rəsmilər gizli sənədlərin olduğu çantayı restoranda unudub

 18:45 05.04.2019     493

İsrailin Milli Təhlükəsizlik Şurasının nümayəndələri Hindistan səfəri zamanı silah ticarətinə dair gizli sənədləri itirib.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, rəsmilər İsraildə şam yeməyi yedikləri restorandan çıxarkən sənədlərin olduğu çantanı unudub. Lakin təhlükəsizlik əməkdaşlarının səyləri nəticəsində sənədlər geri qaytarılıb.

Araşdırmalar nəticəsində sənədlərdən gizli məlumatların sızmadığı müəyyən edilib.

Qeyd edək ki, İsrail və Hindistan nümayəndələri arasında Yeni Dehlidə baş tutan toplantılar zamanı pilotsuz aparatların, tank əlehinə raketlərin, radar sistemlərinin və digər müasir hərbi texnikaların satışına dair müzakirələr aparılıb.

Anar Türkeş / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən