Bakı-Quba yolunda sürət həddi endirildi

 00:09 06.04.2019     715

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Redaktor.az-a məlumat verilib.
 
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 
 
Vumart və Güvən reklamı Vumart Güvən