Liviya Milli Ordusu Tripoli aeroportuna nəzarəti ələ keçirdiyini bildirib

 06:10 07.04.2019     358

Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu Tripoli beynəlxalq hava limanı üzərində nəzarəti tam ələ keçirdiklərini elan edib.

Redaktor.az xəbər verir ki, müvafiq bəyanat Silahlı Qüvvələrin rəsmi “Facebook” səhifəsində yerləşdirilib. Məlumatda hava limanının yaxın bir neçə saat ərzində paytaxtdakı digər vacib obyektlərin ələ keçirilməsi üçün meydan olacağı qeyd edilir. Tripoli Beynəlxalq aeroportu 2014-cü ildə gedən ağır döyüşlər zamanı tam dağıdılıb və artıq 5 ildir fəaliyyət göstərmir.

Al Arabiya telekanalının yaydığı digər xəbərə görə, Liviya Milli Ordusunun hissələri bir qədər əvvəl Tripolinin mərkəzindən 10 kilometr məsafədə yerləşən Hallya-əl-Furcan rayonuna daxil olub. Hələlik bu informasiya rəsmən təsdiqlənməyib.

Vumart və Güvən reklamı Vumart Güvən