Bakıda tələbəni vuran “Chrysler”in qaçırıldığı məlum oldu

 10:35 07.04.2019     379

Aprelin 5-də Bakının Yasamal rayonunda yolu keçmək istəyən tələbənin maşınla vurulmasının təfərrüatı məlum olub.

Redaktor.az xəbər verir ki, Yasamal rayonu Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazi İlkin Bəxtiyar oğlunu vuran “Chrysler” markalı avtomobilin sükanı arxasında Rəsulov Tural Söhbət oğlu olub.

Məlum olub ki, o bu maşını Bakı Əyləncə Mərkəzinin dayanacağından həmin gün saat 12.00-da qaçırıb. Hadisə isə saat 13.50-də baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən