Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub
Zaqatala stansiyasından 43 km cənubda, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, bu gün yerli vaxtla 12:27-də qeydə alınmış zəlzələnin gücü 4,5 bal olub. Yeraltı təkanların ocağı 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Azərbaycan ərazisinin episentrə yaxın rayonlarında 3 bala qədər hiss olunub.












