Sabirabadda 2 otaqlı ev yanıb FHN
Sabirabadda 2 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, rayonun Nizami kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin və eyvanının qamışdan ibarət tavanı 36 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












