Tripoli hava limanı silahlılardan azad edildi

 18:06 08.04.2019     442

Liviyada hökuməti dəstəkləyən qüvvələr Tripoli beynəlxalq hava limanını Xəlifə Haftara bağlı silahlılardan azad edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən başlayan əməliyyatlar bu gün səhər saatlarında nəticə verib. Silahlıların hamısı ərazidən uzaqlaşdırılıb.

Toqquşmalar isə davam edir.  Məlumata görə, hər iki tərəf itkilər verib.

Xatırladaq ki, ötən həftə Xəlifə Haftara bağlı silahlılar, Tripoli istiqamətində hücuma keçib. Əməliyyatlar zamanı hərbi təyyarələrdən də istifadə edilib.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən