Bakıda mənzildən kişi meyiti tapılıb

 07:17 09.04.2019     482

Səbaildə mənzildən kişi meyiti tapılıb.

Redaktor.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Cəfərov Müseyib Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
 
 
Vumart və Güvən reklamı Vumart Güvən