284 sərnişini daşıyan təyyarə TƏCİLİ ENİŞ ETDİ

 14:00 09.04.2019     514

Almaniya hava yolları şirkəti “Lufthansa”ya məxsus sərnişin təyyarəsi təcili eniş edib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, Frankfurt San-Paulu marşrutu üzrə uçan “Boeing 747-8İ” tipli laynerdə havaya qalxandan bir neçə dəqiqə sonra texniki nasazlıq baş verib. Nasazlıq təyyarə Fransanın Lyon şəhəri üzərində olarkən qeydə alınıb.

Pilotlar təyyarəni Frankfurta geri qaytarmaq məcburiyyətində qalıb. Hadisə zamanı göyərtədə olan 284 sərnişin və heyət üzvlərindən heç biri xəsarət almayıb.

Anar Türkeş / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən