ABŞ hərbçiləri hücuma məruz qaldı Ölənlər var
Əfqanıstanın şimalındakı Bagram vilayətində amerikalı hərbçilərin olduğu avtomobil karvanı hücuma məruz qalıb.
Redaktor.az xarici KİV-ə istinadən məlumat verir ki, içərisində minalar olan nəqliyyat vasitəsinin partladılması nəticəsində 3-ü əsgər olmaqla 4 nəfər həlak olub.
Hücuma görə məsuliyyəti Taliban terror qruplaşması üzərinə götürüb.
Anar Türkeş / Redaktor.az












