Ucarda torpaq uçqunu baş verib xəsarət alanlar var
Ucar rayonunda torpaq uçqunu olub.
Redaktor.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.
Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman baş verib. "Azərsu" ASC Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində iki əməkdaşının palçıq kütləsinin altında qalmasını təsdiqləyib.
Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılzadə bildirib ki, hadisə vaxtı iki əməkdaş həmin ərazidə olub:
"Onlardan birinə heç nə olmasa da, ikincisi kiçik xəsarət alıb. Hazırda əməkdaşımız Ucar Rayon Mərkəzi Xəstəxanasındadır. İlkin tibbi yardım göstərilib. Həyatı üçün hər hansı bir təhlükə yoxdur".
Faktla bağlı araşdırma aparılır.
Redaktor.az












