Türkiyə səhəddində əməliyyat 123 əcnəbi saxlanıldı

 21:47 09.04.2019     489

Türkiyə səhəddində əməliyyat keçirilib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Çanaqqala vilayətinin Ayvacık bölgəsində təşkil olunub.

Əməliyyat zamanı ölkə ərazisini qanunsuz yolla tərk etmək istəyən 123 əcnəbi saxlanılıb. Sahil Mühafizə Xidməti tərəfindən aparılan üç əməliyyat nəticəsində saxlanılan şəxslərin 122-si Əfqanıstan, 1-i isə İran vətəndaşıdır.

Saxlanılanlar arasında qadın, uşaq və yaşlılar da var.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən