Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı
Türkiyədə əməliyyat keçirilib.
Redaktor.az “haberler”ə istinadən xəbər verir ki, əməliyyat Artvin bölgəsinin Hopa rayonundakı əyləncə məkanlarında baş tutub.
Keçirilən əməliyyat zamanı 70-dən çox qadın fahişəlik etdikləri üçün tutulub. Orada türklərlə yanaşı əcnəbi vətəndaşlar da olub.
Nəzarətə alınan qadınlar arasında rus, erməni, özbək və azərbaycanlılar da var. Saxlanılanlar barədə hüquq çərçivəsində tədbirlər görüləcək.












