Yanğında zəhərlənən 1 nəfər xəstəxanaya yerləşdirilib

 13:22 10.04.2019     323

Bakının Babək prospektində məcburi köçkünlərin yataqxanasında baş verən yanğınla bağlı bir nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 34 yaşlı kişi yanğın zamanı tüstüdən zəhərlənib: "Daha bir nəfər tüstüdən zəhərlənən sakinə isə yerində tibbi yardım göstərilib".

Xatırladaq ki, baş verən yanğın nəticəsində 7 nəfərə yerində tibbi yardım göstərilib, 1 nəfər isə özünü binadan atıb.

Vumart və Güvən reklamı Vumart Güvən