İranda hərbi helikopter qəzaya uğradı Ölən və yaralananlar var
İranın Urmiya şəhəri yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.
Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində köməkçi pilot həyatını itirib. 3 nəfər isə ağır yaralanıb.
Qəzanın texniki nasazlıq səbəbi ilə baş verdiyi güman edilir.
Anar Türkeş / Redaktor.az












