Bakıda yoxa çıxan qız Tbilisidə tapıldı
Bakıda ana itkin düşən qızının axtarışlarına başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ana 2019-cu ilin yanvar ayında Ağstafa polis şöbəsinə müraciət edib. Qadın qızı 2007-ci il təvəllüdlü Sahilə Fizuli qızı Əliyevanın itkin düşdüyünü bildirib.
Aparılan axtarış tədbirləri zamanı məlum olub ki, Sahilə Əliyeva hazırda Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində, Çikobava küçəsi 29 ünvanında yerləşən kimsəsiz uşaq evindədir.
Onun Azərbaycana gətirilərək, ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.












