ABŞ-da güclü partlayış Bina yerlə bir oldu
ABŞ-da güclü partlayış baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Agentliyin verdiyi məlumata görə, hadisə Amerikanın Şimali Karolina vilayətində qeydə alınıb.
Partlayış bir binanın biirnci mərtəbəsində yerləşən kafedə qeydə alınıb.
Partlayışdan sonra bina çöküb. Hadisə nəticəsində bir nəfər ölüb, 15-dən çox insan ağır yaralanıb.
Əraziyə xilasedicilər cəlb olunub və yaralılar xəstəxanalara aparılıb.
İlkin ehtimala görə, hadisə terror aktı deyil. Partlayışın qaz sızıntısından olduğu güman edilir.












