Kiyevdə azərbaycanlılar biznesmeni güllələdi

 00:24 11.04.2019     460

Kiyevdə azərbaycanlılardan ibarət dəstə üzvləri cinayət törədiblər.

Redaktor.az xəbər verir ki, bu barədə Kiyev prokurorluğu məlumat yayıb. Verilən xəbərə görə, 5 nəfər aprelin 9-da şəhərin Kaxovsk küçəsində bir nəfəri döyüblər. Sonra onlardan biri həmin şəxsi güllələyib.

Güllələnən şəxs isə yerli biznesmendir. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisədən sonra əməliyyat keçirib və cinayəti törədən şəxslər saxlanılıb.

Saxlanılan şəxslərdən dördü Azərbaycan, biri isə Gürcüstan vətəndaşıdır.

Faktla bağlı araşdıma aparılır.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən