Dünyaca məşhur sayt rəhbəri HƏBS EDİLDİ / VİDEO

 14:28 11.04.2019     593

“Vikiliks” saytının rəhbəri və qurucusu Culian Assanj həbs edilib.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, Ekvadorun Londondakı səfirliyi Assanja sığınacaq verməkdən imtina edib. Britaniya polisi səfirlik binasını tərk etmək məcburiyyətində qalan şübhəlini həbs edib.

Qeyd edək ki, İsveç hökuməti Assanjı təcavüzdə ittiham edərək, onun haqqında həbs-qətimkan qərarı çıxarıb. Ekstradisiya olunacağından ehtiyat edən Assanc, 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

Anar Türkeş / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən