Sincab vurmaq istəyən ata və qızı ehtiyyatsızlığın QURBANI OLDU
Türkiyənin Sakarya vilayətində dəhşətli hadisə baş verib.
Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, 54 yaşlı sakin ağacda gördüyü sincaba atəş açmaq üçün qızından tüfəngi verməsini istəyib. Qızı tüfəngi 1-ci mərtəbənin eyvanından atarkən ata silahı tuta bilməyib.
Nəticədə tüfəng yerə düşüb və avtomatik atəş açılıb. Bu zaman mərmilər qıza və ataya tuş gəlib. Ağır xəsarətlər alan 54 yaşlı ata dünyasını dəyişib. Üzündən xəsarətlər alan 19 yaşlı qız isə xəstəxanaya yerləşdirilib.
Anar Türkeş / Redaktor.az












